...

Kolumbiyada avtobus uçuruma düşüb, ölənlər və yaralananlar var

Dünya xəbərləri Materials 28 Dekabr 2021 02:52 (UTC +04:00)
Kolumbiyada avtobus uçuruma düşüb, ölənlər və yaralananlar var

Bakı. Trend:

Kolumbiyanın mərkəzi hissəsində sərnişin avtobusu uçuruma düşüb.

Trend-in "El Tiempo" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində avtobusun sürücüsü də daxil olmaqla 7 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, xəsarət alanlar xəstəxanaya çatdırılıb, onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Qəzanın səbəbi hələ müəyyən edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti