...

Kabildə partlayış baş verib, yaralananlar var

Dünya xəbərləri Materials 1 Yanvar 2022 21:35 (UTC +04:00)
Kabildə partlayış baş verib, yaralananlar var

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabilin beşinci rayonunda Pedaqoji Universitetin yaxınlığındakı yolda partlayış baş verib, yaralananlar var.

Trend-in məlumatına görə, bu barədə "Aamaj News" informasiya agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən bildirib.

Məlumatda qeyd olunub: ""Taliban" hökumətinin Daxili İşlər Nazirliyi bildirib ki, yol kənarındakı minanın partlaması nəticəsində iki mülki şəxs yaralanıb".

Ölkədə fəaliyyət göstərən silahlı qruplardan heç biri insidentə görə məsuliyyəti üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti