Bakı. Orxan Nəbiyev - Trend:
"Mercedes Benz" şirkətinin Rusiyadakı rəsmi nümayəndəsi "Mersedes-Bents Rus" ölkədə 1 082 avtomobili geri çağırıb.
Trend-in məlumatına görə, geri çağırılmaya səbəb sərnişin təhlükəsizlik yastığının funksiyasında mümkün qüsurlar göstərilib.
Qərar 2021-ci ildə satılmış S-Class tipli avtomobillərə şamil edilir.
Geri çağırılan avtomobillərdə zəruri təmir işləri ödənişsiz əsasda keçiriləcək.