Bakı. Trend:
Ermənistan prezidenti Armen Sarkisyan istefa verib.
Trend-in məlumatına görə, bu barədə Ermənistan prezidentinin saytında yerləşdirilən açıqlamada deyilir.
"Mən çox uzun müddət düşündüm və təxminən dörd illik fəal işdən sonra Ermənistan prezidenti vəzifəsindən istefa vermək qərarına gəldim. Bu, qətiyyən emosional qərar deyil və müəyyən məntiqdən irəli gəlir", - deyə açıqlamada bildirilir.
A.Sarkisyan əlavə edib ki, prezidentin "ölkə və millət üçün bu çətin dövrdə daxili və xarici siyasətin fundamental proseslərinə təsir etmək üçün lazımi alətləri yoxdur".
Qeyd edək ki, Armen Sarkisyan 2018-ci il aprelin 9-da Ermənistan prezidenti seçilib.