...

İranda daha 30 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 27 Yanvar 2022 15:10
İranda daha 30 nəfər koronavirusdan ölüb

Trend-i buradan izləyin

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 14 285 nəfər koronavirusa (COVID-19) yoluxub, 30 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 132 333 nəfərə, yoluxanların sayı isə 6 293 695 nəfərə çatıb. Virus daşıyıcılarından 1 294 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 6 091 880 nəfər koronavirusdan sağalıb, 44,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 130 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 60,6 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 53,8 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 15,9 milyon təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti