...

Ermənistan prezidentinin istefa barədə ərizəsi qüvvəyə minib

Dünya xəbərləri Materials 31 Yanvar 2022 02:25 (UTC +04:00)
Ermənistan prezidentinin istefa barədə ərizəsi qüvvəyə minib

Bakı. Trend:

Ermənistan prezidenti Armen Sarkisyanın istefa barədə ərizəsi qüvvəyə minib.

Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, "Parlamentin reqlamenti haqqında" qanuna əsasən, prezidentin istefası yeddi gün ərzində ərizəsini geri götürmədiyi təqdirdə qüvvəyə minir.

Ermənistan prezidentinin administrasiyası ərizəninin geri götürüldüyünü açıqlamayıb.

Xatırladaq ki, yanvarın 23-ü Ermənistan prezidenti Armen Sarkisyan istefa barədə ərizəsini parlamentə göndərib.

Ermənistanda prezidentini parlament seçir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti