...

Kanadanın Baş naziri koronavirusa yoluxduğunu söyləyib

Dünya xəbərləri Materials 1 Fevral 2022 03:12 (UTC +04:00)
Kanadanın Baş naziri koronavirusa yoluxduğunu söyləyib

Bakı. Trend:

Kanadanın Baş naziri Castin Trüdo koronavirusa yoluxduğunu söyləyib.

Trend xəbər verir ki, baş nazir "Twitter" dəki rəsmi səhifəsində bununla bağlı paylaşım edib.

"Özümü yaxşı hiss edirəm və müvafiq qaydaları əməl etməklə bu həftə uzaqdan işləməyə davam edəcəyəm. Hər kəs peyvənd olunmağa və buster dozanı qəbul etməyə çağırıram", - deyə C.Trüdo bildirib.

Ötən həftə o, övladlarından birinin koronavirusa yoluxduğunu bildirmişdir. Bunun ardından baş nazir 5 gün ərzində özünü təcrid edərək, fəaliyyətini distant şəkildə davam etdirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti