...

Pakistanda kömür mədənində partlayış olub, ölənlər var

Dünya xəbərləri Materials 5 Fevral 2022 19:39 (UTC +04:00)

Bakı. Trend:

Pakistanın Bəlucistan əyalətində kömür mədənində partlayış baş verib.

Trend-in məlumatına görə, bu barədə "Sinhua" agentliyi regionun təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması idarəsinə istinadən xəbər verib.

Məlumata əsasən, mədəndə baş verən partlayış nəticəsində 5 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb, onlardan 3-nün vəziyyəti ağırdır.

Bildirilir ki, partlayışa səbəb metan qazının toplanması olub. Yerli hakimiyyət orqanları hadisənin baş vermə səbəbini araşdırmaq üçün mədəni bağlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti