...

Avstraliya turistlər üçün sərhədlərini açır

Dünya xəbərləri Materials 6 Fevral 2022 14:31 (UTC +04:00)
Avstraliya turistlər üçün sərhədlərini açır

Bakı. Trend:

Avstraliya parlamenti gələn həftə ölkə sərhədlərinin mümkün qədər tez xarici turistlər üçün açılmasını müzakirə edəcək.

Trend xəbər verir ki, bunu jurnalistlərə ölkənin baş naziri Skott Morrison bildirib.

"Sərhədlərimizi açmaq və qonaqları təhlükəsiz şəraitdə Avstraliyaya qayıtmaq qərarını verməyi səbirsizliklə gözləyirik. Mən bunun çox uzaq olduğuna inanmıram", - deyə baş nazir bildirib.

Parlamentin iclası bazar ertəsinə təyin edilib. Avstraliya mediası adı açıqlanmayan mənbələrə istinadən xəbər verir ki, Avstraliya iki və ya üç həftə ərzində sərhədlərini yenidən aça bilər. Yanvar ayında Morrison beynəlxalq sərhədlərin Pasxa bayramından əvvəl tamamilə açılacağına ümid etdiyini söyləmişdir.

Qeyd edək ki, Avstraliyada pandemiya zamanı ciddi qapanmalar tətbiq edilərərək, sərhədləri tam qapamışdı. Beləliklə, Avstraliya bir çox başqa ölkələrlə müqayisədə daha az koronavirusa yoluxma nisbətinə nail ola bilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti