...

İranda ötən sutka koronavirusdan 130 nəfər ölüb

Dünya xəbərləri Materials 10 Fevral 2022 14:53 (UTC +04:00)
İranda ötən sutka  koronavirusdan 130 nəfər ölüb

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində 33 681 nəfər koronavirusa (COVID-19) yoluxub, 130 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 133 294 nəfərə, yoluxanların sayı isə 6 730 608 nəfərə çatıb. Virus daşıyıcılarından 3 097 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 6 238 083 nəfər koronavirusdan sağalıb, 45,8 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 137 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 61,3 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 54,7 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 20,7 milyon təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti