...

İsveçrə heyvanlar üzərində sınaqların keçirilməsi qadağasını rədd edib

Dünya xəbərləri Materials 14 Fevral 2022 01:52 (UTC +04:00)
İsveçrə heyvanlar üzərində sınaqların keçirilməsi qadağasını rədd edib

Bakı. Trend:

İsveçrədə keçirilən referendumda seçicilər heyvan hüquqları müdafiəçilərinin təklif etdiyi heyvanlar üzərində təcrübələrin qadağan edilməsini nəzərdə tutan layihəni rədd ediblər.

Trend Reuters agentliyinə istinadən xəbər verir ki, bununla belə, referendumda əhalinin əksəriyyəti ölkədə siqaret reklamına daha sərt məhdudiyyətlər qoymaq iradəsini bildirib.

Ümummilli referendumda seçicilərin yalnız 21%-i heyvanlar üzərində təcrübə qadağasının lehinə, qalan 79%-i isə əleyhinə olub. Seçicilər, həmçinin, 57% lehinə olmaqla tütün reklamına daha sərt məhdudiyyətləri təsdiqləyib.

Məhdudiyyətlər qəzetlərdə, kinoteatrlarda, internetdə, tədbirlərdə və bilbordlarda bu cür reklamların qadağan edilməsini nəzərdə tutur. Layihə tərəfdarları bu cür reklamların gəncləri siqaret çəkməyə təşviq etdiyini söyləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti