Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında 10 YPG (PKK terror təşkilatının Suriya qolu) üzvünü zərərsizləşdirib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, 6 terrorçu "Fərat Qalxanı" əməliyyatı zonasına, 4 terrorçu isə "Sülh çeşməsi" əməliyyatı zonasına hücum etmək istəyərkən zərərsizləşdirilib.