...

İsrailin baş naziri Bəhreynin vəliəhdi ilə görüşüb

Dünya xəbərləri Materials 16 Fevral 2022 00:52 (UTC +04:00)
İsrailin baş naziri Bəhreynin vəliəhdi ilə görüşüb

Bakı. Trend:

İsrailin baş naziri Naftali Bennet Bəhreynə ilk səfəri çərçivəsində Krallığın baş naziri vəliəhd şahzadə Salman bin Həməd bin İsa Al Xəlifə ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə İsrailin baş nazirinin mətbuat xidmətindən bildiriblər.

Xatırladaq ki, İsrailin baş naziri fevralın 14-ü tarixdə ilk dəfə Bəhreynə rəsmi səfərə gəlib. Fevralın 15-i Naftali Bennet Bəhreynin yəhudi icmasının liderləri, ABŞ-ın Beşinci Donanmasının komandanı, vitse-admiral Bred Kuper, həmçinin Krallığın Xarici İşlər Nazirliyinin rəhbəri Əbdüllətif bin Rəşid Al Zəyani və bir sıra digər nazirlər ilə görüşlər keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti