...

Kabildə partlayış baş verib, yaralananlar var

Dünya xəbərləri Materials 17 Fevral 2022 00:22 (UTC +04:00)
Kabildə partlayış baş verib, yaralananlar var

Bakı. Trend:

Kabildə baş verən partlayış nəticəsində ən azı 5 nəfər yaralanıb.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, hadisə paytaxtın Kote Sangi məhəlləsində baş verib.

Bütün zərərçəkənlər İtaliyanın Emergency humanitar təşkilatının xəstəxanasına aparılıb. Partlayışın səbəbləri barədə məlumat verilmir.

Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatının nümayəndələri hələlik partlayış faktını təsdiqləməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti