...

Rusiyada son sutkada 800-ə yaxın şəxs koronavirusdan ölüb

Dünya xəbərləri Materials 19 Fevral 2022 12:26 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada son sutka ərzində 179 147 nəfər koronavirusa yoluxub.

Trend-in məlumatına görə, 15 mindən çox şəxs isə xəstəxanaya yerləşdirilib.

Əvvəlki gün 180 071 nəfərin yoluxması qeydə alınmışdı. Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 15,19 milyonu ötüb.

Eyni zamanda, son sutkada 798 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 784 nəfər idi.

Rusiyada bu günədək koronavirusdan ölənlərin sayı 344 755 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti