...

Yunan diplomat Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

Dünya xəbərləri Materials 24 Fevral 2022 03:46 (UTC +04:00)

Bakı. Trend:

Yunanıstanın Ankaradakı səfirliyinin müşaviri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Trend-in məlumatına görə, bu barədə XİN-in mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, səfirliyin müşavirinə Egey dənizində Yunanıstan sahil mühafizəsinin Türkiyənin balıqçı gəmilərini atəşə tutması və nəticədə bir balıqçının yaralanmalı ilə bağlı nota verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti