...

Ukrayna səfiri mülki əhali arasında həlak olanların sayını açıqlayıb

Dünya xəbərləri Materials 25 Fevral 2022 16:15 (UTC +04:00)
Ukrayna səfiri mülki əhali arasında həlak olanların sayını açıqlayıb

Bakı. Trend:

İndiyədək Ukraynanın mülki əhalisi arasında ikisi uşaq olmaqla 57 nəfər həlak olub, daha 177 nəfər isə yaralanıb.

Trend-in məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski mətbuat konfransında deyib.

"Bu günədək Ukrayna ordusu tərəfindən 800-ə yaxın rusiyalı hərbçi, 7 təyyarə, 7 helikopter, 30-dan çox tank, 130-dan çox zirehli maşın məhv edilib. Xerson, Novaya Kaxovka, Oreşkin şəhərləri ələ keçirilib", - deyə səfir bildirib.

O əlavə edib ki, gecə Kiyevə raket zərbələri nəticəsində çoxmərtəbəli bina yanıb, 8 nəfər yaralanıb, 150 nəfər təxliyə olunub.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti