...

Rusiyaya qarşı sanksiyalara alternativ “üçüncü dünya müharibəsi” olardı - Bayden

Dünya xəbərləri Materials 27 Fevral 2022 01:50 (UTC +04:00)

Bakı. Trend:

Vaşinqtonun Moskvaya qarşı tətbiq etdiyi sərt sanksiyalara alternativ "üçüncü dünya müharibəsi" olardı.

Trend-in məlumatına görə, bunu bloqer Brayan Koenə müsahibəsində ABŞ Prezidenti Cozef Bayden deyib.

"Baxın, iki variant var idi: üçüncü dünya müharibəsinə, Rusiya ilə fiziki müharibəyə başlamaq və ya ikinci variant: beynəlxalq hüquqa bu qədər zidd hərəkət edən bir ölkənin etdiklərinin əvəzini ödəməsi", - deyə C.Bayden bildirib.

Eyni zamanda, onun sözlərinə görə, o, sanksiyaların Vaşinqtonun istədiyi nəticəni dərhal verəcəyini gözləmir: “Birbaşa nəticə verəcək bir sanksiyalar yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti