...

Aİ Ukraynaya azı 500 milyon avro humanitar yardım göndərəcək

Dünya xəbərləri Materials 3 Mart 2022 14:02 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Avropa İttifaqı Ukraynaya humanitar yardım məqsədilə öz büdcəsindən azı 500 milyon avro vəsait təqdim edəcək.

Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen öz "Twitter" səhifəsində yazıb.

"Biz Rumıniyada Ukrayna üçün humanitar hab yaradırıq. Avropadan gələn yardımı Ukrayna sərhədinə yolladığı üçün Rumıniyaya təşəkkürümü bildirirəm" - U.fon der Lyayen yazıb.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti