...

Ukrayna Milli Bankı uçot dərəcəsini 10% səviyyəsində saxlayıb

Dünya xəbərləri Materials 3 Mart 2022 19:48 (UTC +04:00)
Ukrayna Milli Bankı uçot dərəcəsini 10% səviyyəsində saxlayıb

Bakı. Trend:

Ukrayna Milli Bankı uçot dərəcəsinin ölçüsü ilə bağlı qərarın qəbulunu təxirə salaraq, onu dəyişməz - 10% səviyyəsində saxlayıb,

Trend UNİAN-a istinadən xəbər verir ki, bu barədə Milli Bankın rəsmi saytında məlumat verilib.

"Milli Bank inflyasiyanın hədəflənməsi rejiminə sadiq qalır. Eyni zamanda, inzibati məhdudiyyətlərin məcburi tətbiqi ilə əlaqədar olaraq, bazarın monetar alətləri, xüsusilə uçot dərəcəsi pul və xarici valyutanın fəaliyyətində ciddi rol oynamır. Bunu nəzərə alaraq, uçot dərəcəsi dəyişməyərək 10% səviyyəsində qalacaq", - deyə məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti