...

Ukrayna və Rusiya müvəqqəti atəşkəslə humanitar dəhlizlərin təmin edilməsi barədə razılığa gəliblər

Dünya xəbərləri Materials 3 Mart 2022 21:42 (UTC +04:00)

Bakı. Trend:

Ukrayna və Rusiya arasında keçirilən danışıqların ikinci raundu başa çatıb.

Trend-in məlumatına görə, Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixaylo Podolyak danışıqların nəticələrini şərh edib.

Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti gözlədiyi nəticəni əldə etməyib və danışıqların üçüncü raundunda dialoqu davam etdirəcək.

"Biz humanitar aspekti ətraflı müzakirə etdik. Bir çox şəhərlər mühasirəyə alınıb, qida və dərmanla bağlı problemlər var.

Razılaşa bildiyimiz yeganə şey müvəqqəti atəşkəslə humanitar dəhlizlərin birgə təmin edilməsi oldu", - deyə M.Podolya bildirib.

O qeyd edib ki, Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunun ən qısa zamanda keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti