Bakı. Trend:
Ukraynanın paytaxtı Kiyev şəhərində güclü partlayış baş verib.
Trend-in məlumatına görə, bu barədə "UNİAN"a hadisənin şahidləri xəbər verib.
Məlumata əsasən, partlayışın səsi "Xalqlar dostluğu" metrosu və Qoloseyev rayonunda eşidilib.
Eyni zamanda, partlayış ərəfəsində şəhərdə hava xəbərdarlığı elan edilməyib.