...

Türkiyə və ABŞ ikitərəfli münasibətləri müzakirə ediblər

Dünya xəbərləri Materials 6 Mart 2022 01:25 (UTC +04:00)
Türkiyə və ABŞ ikitərəfli münasibətləri müzakirə ediblər

Bakı. Trend:

Ankarada Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal və ABŞ dövlət katibinin müavini Vendi Şermanın başçılıq etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildiriblər.

Nazirlik bildirib ki, görüş zamanı ikitərəfli münasibətlər, Ukrayna böhranı və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Müzakirələrdə iki ölkə arasında davamlı əməkdaşlığın dialoq yolu ilə dərinləşməsinə dair ortaq iradə göstərilib. Bəzi məsələlərdə fikir ayrılığı olmasına baxmayaraq Türkiyə və ABŞ-ın iqtisadi və ticarət əlaqələri, terrorizmlə mübarizə, hərbi-müdafiə sahəsində əməkdaşlıq daxil olmaqla müsbət gündəmin mövcud olduğu ifadə edilib. Bu kontekstdə Türkiyə Prezidenti ilə ABŞ Prezident arasında razılaşdırıldığı kimi, iki ölkə arasında strateji dialoq mexanizminin həyata keçirilməsi üçün qarşıdakı dövrdə atılacaq konkret addımların müəyyən edilməsi üçün məsləhətləşmələr aparılıb.

Ukraynadakı böhranın çoxölçülü təsirlərinin idarə olunması, diplomatik həllin dəstəklənməsi üçün yaxın koordinasiyanın vacibliyi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti