...

Putin və Bennet Moskva ilə Kiyev arasında keçirilən danışıqların üçüncü raundunu müzakirə ediblər

Dünya xəbərləri Materials 8 Mart 2022 22:11 (UTC +04:00)
Putin və Bennet Moskva ilə Kiyev arasında keçirilən danışıqların üçüncü raundunu müzakirə ediblər

Bakı. Trend:

Bu gün İsrail tərəfinin təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putin və İsrailin baş naziri Naftali Bennet arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, V.Putin martın 7-də Belarusda Rusiya nümayəndə heyəti ilə Ukrayna hakimiyyətinin nümayəndələri arasında keçirilən danışıqların üçüncü raundu ilə bağlı fikirlərini bölüşüb.

Rusiya Prezidenti və İsrailin baş naziri bu məsələ ilə bağlı dialoqu davam etdirmək barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti