...

Starbucks Rusiyadakı fəaliyyətini dayandırır

Dünya xəbərləri Materials 9 Mart 2022 01:24 (UTC +04:00)
Starbucks Rusiyadakı fəaliyyətini dayandırır

Bakı. Trend:

ABŞ-ın Starbucks şirkəti Ukrayna ətrafında baş verən hadisələrlə əlaqədar Rusiya Federasiyası ərazisində fəaliyyətini dayandırıb.

Trend-in məlumatına görə, bu barədə şirkətin baş direktoru Kevin Consonun açıqlamasında deyilir.

"Biz hadisələrin inkişafını izləməyə davam edirik və bu gün Rusiyadakı bütün iş fəaliyyətimizi, o cümlədən məhsullarımızın tədarükünü dayandırmaq qərarına gəldik", - deyə K.Conson bildirib.

Baş direktor əlavə edib ki, şəbəkənin bütün qəhvəxanaları Rusiya Federasiyası ərazisində müvəqqəti olaraq fəaliyyətini dayandıracaq.

Həmçinin bildilib ki, bu barədə qərar Ukrayna ətrafında baş verənlərlə bağlı qəbul edilib və dərhal qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti