Bakı. Trend:
Almaniyanın ən böyük maliyyə institutu - "Deutsche Bank" Rusiyada qalan biznesini də dayandırır.
Trend-in məlumatına görə, bu barədə bankın açıqlamasında deyilir.
"Deutsche Bank" 2014-cü ildən bəri Rusiyadakı varlığını əhəmiyyətli dərəcədə azaldıb. Bəzi beynəlxalq tərəfdaşlar kimi və hüquqi, tənzimləyici öhdəliklərimizə uyğun olaraq biz də Rusiyada qalan biznesimizi dayandırmaq prosesindəyik", - deyə bankdan bildirilib.
Eyni zamanda bildirilir ki, maliyyə institutu Rusiya vətəndaşı olmayan xarici müştərilərinə ölkədə bizneslərini azaltmaqda kömək edir. "Deutsche Bank" vurğulayır ki, "Rusiyada yeni biznes olmayacaq".