...

Türkiyə Putinlə Zelenski arasında görüşün təşkil edilməsini əsas vəzifə adlandırıb

Dünya xəbərləri Materials 19 Mart 2022 22:23 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə Rusiya və Ukrayna Prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etməyi özünün əsas vəzifəsi hesab edir.

Trend-in "Anadolu"ya istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Qətərin "Al Jazeera" telekanalına müsahibəsində deyib.

"Biz hər iki tərəflə əlaqə kanallarımızı açıq saxlayırıq. Bu, çox vacibdir, bizim səylərimiz Rusiya və Ukrayna prezidentləri arasında birbaşa görüş təşkil etməyə yönəlib. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu yaxınlarda Moskvaya səfər edərək danışıqlar apardı", - deyə İ.Kalın bildirib.

O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki dəfə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqə saxlayıb. İ.Kalın əlavə edib ki, Türkiyə Ukraynada tezliklə atəşkəsə nail olmaq üçün bütün kanallardan istifadə edir.

"Tərəflər Belarusda texniki səviyyədə görüşür. Nazirlər səviyyəsində ilk görüş Antalyada Diplomatik Forum çərçivəsində baş tutub. Bu gün əsas vəzifə iki ölkə lideri arasında görüş təşkil etməkdir", - deyə İ.Kalın vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti