Bakı. Trend:
İsrailin baş naziri Naftali Bennet bu gün öncədən elan olunmamış səfərlə Misirə gəlib və burada bu ölkənin prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşüb.
Trend-in məlumatına görə, bu barədə İsrailin "Kan" dövlət radiosu xəbər yayıb.
Məlumata əsasən, bu, N.Bennetin vəzifəyə gəlməsindən sonra Misirə artıq ikinci səfəridir. Birinci səfər ötən ilin sentyabr ayında baş tutub.