...

Aİ Ukraynaya əlavə 550 milyon dollar ayrılmasını dəstəkləyib

Dünya xəbərləri Materials 22 Mart 2022 02:37 (UTC +04:00)
Aİ Ukraynaya əlavə 550 milyon dollar ayrılmasını dəstəkləyib

Bakı. Trend:

Avropa İttifaqı Ukraynaya silah alınması üçün əlavə 500 milyon avro (təxminən 550 milyon dollar - red.) ayrılmasını dəstəkləyib.

Trend-in "UNIAN"a istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Jozep Borrell Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri və müdafiə nazirləri səviyyəsində Aİ Şurasının iclasından sonra keçirilən brifinqdə deyib.

"Mən Avropa Sülh Fondu çərçivəsində əlavə 500 milyon avronun ayrılması barədə siyasi razılaşma əldə etdiyimizi elan etməkdən məmnunam", - deyə J.Borrel bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti