...

Serbiyada kömür mədənində partlayış olub, 8 nəfər ölüb

Dünya xəbərləri Materials 1 Aprel 2022 11:34 (UTC +04:00)
Serbiyada kömür mədənində partlayış olub, 8 nəfər ölüb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Serbiyanın şərqindəki Sokobanya şəhəri yaxınlığında kömür mədənində partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 8 mədən işçisi həlak olub. Daha 20 nəfərin isə xəsarət aldığı bildirilir.

Qeyd olunur ki, partlayışa metan qazının sızması səbəb olub.

Mədəndə hadisə zamanı nə qədər işçinin olması məlum deyil. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti