...

Türkiyə və İsrail prezidentləri arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 1 Aprel 2022 20:36 (UTC +04:00)
Türkiyə və İsrail prezidentləri arasında telefon danışığı olub

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsrail Prezidenti İsxaq Hersoq arasında telefon danışığı olub.

Trend xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının kommunikasiya idarəsi yayıb. Bildirilib ki, danışıq əsnasında Türkiyə-İsrail münasibətləri, eləcə də regional məsələlər müzakirə olunub.

Prezident Ərdoğan İsrail Prezidentinin Türkiyəyə səfəri ilə ikitərəfli əlaqələrdə əldə edilən sürəti davam etdirmək istədiklərini bildirib və xüsusilə enerji sahəsində qurulacaq sinerjinin qarşılıqlı maraq doğurduğunu dilə gətirib.

Son günlər İsrailin müxtəlif şəhərlərində baş verən dəhşətli terror aktlarını çox kəskin pislədiklərini bildirən Prezident Ərdoğan həyatını itirənlərə görə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Prezident Ərdoğan İsrail və Fələstinin verdiyi düşünülmüş açıqlamaları gərginliyin azaldılması baxımından çox əhəmiyyətli hesab etdiyini bildirib.

Ramazan və Pasxa aylarının sülh və əmin-amanlıq içində keçməsini arzulayan Prezident Ərdoğan İsrail Prezidenti və bütün yəhudiləri Pasxa bayramı münasibətilə təbrik edib.

İsrail Prezidenti də öz növbəsində Ramazan bayramı münasibətilə Prezident Ərdoğana təbriklərini çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti