...

Ekvadorda həbsxanada baş vermiş toqquşmalarda ölənlərin sayı 20-ə çatıb

Dünya xəbərləri Materials 5 Aprel 2022 01:59 (UTC +04:00)
Ekvadorda həbsxanada baş vermiş toqquşmalarda ölənlərin sayı 20-ə çatıb

Bakı. Trend:

Ekvador hökuməti həftə sonu şiddətli qarşıdurmada 20 nəfərin öldürüldüyü Kuenka şəhərində həbsxanaya nəzarəti bərpa edib.

Trend xəbər verir ki, El Turi həbsxanasındakı insident xüsusi təhlükəsizlik kamerası blokunda baş verib və eyni dəstə üzvləri arasında qruplaşmanın qanadı üzərində nəzarət üstündə meydana gəlib.

Məlumata görə, ölənlərdən altısı həbsxana kameralarənda asılmış vəziyyətdə aşkar edilib.

Həbsxanaya nəzarəti bərpa etmək üçün təhlükəsizlik qüvvələrinin 1000-ə yaxın əməkdaşı cılb olunub. Dəstə üzvləri arasında gələcək mübahisələr ehtimalını azaltmaq üçün onlar müəssisə daxilində müxtəlif bloklara köçürüləcək.

Ötən il Ekbador həbsxanalarında baş vermiş toqquşmalarda 316 öldürülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti