...

Avstriya Kansleri Moskva və Kiyev arasında Türkiyədə aparılan danışıqlar prosesinin əhəmiyyətindən danışıb

Dünya xəbərləri Materials 12 Aprel 2022 02:09 (UTC +04:00)
Avstriya Kansleri Moskva və Kiyev arasında Türkiyədə aparılan danışıqlar prosesinin əhəmiyyətindən danışıb

Bakı. Trend:

Ukraynada hərbi əməliyyatların dayandırılması üçün Rusiya və Ukrayna nümayəndələri arasında İstanbulda aparılan danışıqlar prosesi dəstəklənməlidir.

Trend xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ilə danışıqlarının yekunları üzrə Avstriya Kansleri Karl Nehammer deyib.

"Rusiya Prezidentinin İstanbuldakı danışıqlara hələ də inamının olduğunu başa düşmək vacib idi. Hesab edirəm ki, bu prosesi davam etdirmək lazımdır", - deyə Kansler bildirib.

K.Nehammerin sözlərinə görə, Türkiyədəki danışıqlar hazırda Rusiya və Ukrayna tərəflərinin birbaşa dialoq apardığı yeganə formatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti