Bakı. Trend:
ABŞ-ın Nyu-York şəhərində metro stansiyalarının birində silahlı şəxs ətrafdakı insanları güllələyib.
Trend-in məlumatına görə, hadisə nəticəsində azı 13 nəfər yaralanıb. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu deyilir.
İnsident şəhərin Bruklin rayonunda qeydə alınıb. Hadisədən sonra metroda hərəkət dayandırılıb.
Polis bölgəni nəzarətə alıb.