...

Nyu-York metrosundakı silahlı hücum nəticəsində azı 29 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 13 Aprel 2022 03:14 (UTC +04:00)
Nyu-York metrosundakı silahlı hücum nəticəsində azı 29 nəfər xəsarət alıb

Bakı. Trend:

Nyu-York metrosunda baş verən silahlı insident nəticəsində yaralananların sayı 29 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə yerli CNN telekanalı məlumat yayıb.

Bruklin ərazisindəki "36th street" metro stansiyasında atışma səhər saatlarında - 08:30 radələrində baş verib. Daha əvvəl azı 10 nəfərin güllə yarası aldığı bildirilirdi.

Hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən qaradərili şəxsin axtarışlarını davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti