...

Neft tankerində partlayış baş verib, ölən var

Dünya xəbərləri Materials 17 Aprel 2022 01:15 (UTC +04:00)
Neft tankerində partlayış baş verib, ölən var

Bakı. Trend:

Honq-Konqa bitişik sularda hərəkət edən neft tankerində partlayış baş verib.

Trend-in məlumatına görə, bu barədə "South China Morning Post" qəzeti xəbər verib.

Məlumata əsasən, hadisə nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb. Parltayış Çinin bu xüsusi inzibati bölgəsindən 300 kilometr şərqdə baş verib.

Partlayış Panama bayrağı altında hərəkət edən "Çuanq Yi" gəmisinin göyərtəsində olub.

Gəminin göyərtəsindəki yanğının lokallaşdırıldığı qeyd edilib. Partlayışın səbəbi hələ müəyyən edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti