...

Rusiya ilə əlaqəli gəmilərə ABŞ limanlarına daxil olmaq qadağan edilir

Dünya xəbərləri Materials 21 Aprel 2022 18:45 (UTC +04:00)
Rusiya ilə əlaqəli gəmilərə ABŞ limanlarına daxil olmaq qadağan edilir

Bakı. Trend:

Rusiya ilə əlaqəli gəmilərə ABŞ limanlarına daxil olmaq qadağan edilir.

Trend xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

O elan edib ki, Avropada olduğu kimi, ABŞ-da da Rusiya ilə bağlı gəmilərin limanlara girişi qadağan olunur.

"Bu, o deməkdir ki, Rusiya bayrağı altında üzən və ya Rusiya ilə bağlı hər hansı şirkətdən qeydiyyatdan keçən gəmi bizim limanlarımıza və sahillərimizə daxil ola bilməyəcək. Heç bir rus gəmisi”, - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti