...

G20 sammitinə Vladimir Putin də dəvət olunub - İndoneziya maliyyə naziri

Dünya xəbərləri Materials 22 Aprel 2022 08:22 (UTC +04:00)
G20 sammitinə Vladimir Putin də dəvət olunub - İndoneziya maliyyə naziri

Bakı. Trend:

"Böyük İyirmilik" (G20) qrupuna daxil olan bütün ölkələrin liderləri, o cümlədən Rusiya prezidenti Vladimir Putin birliyin sammitinə dəvət olunub.

Trend-in məlumatına görə, bu barədə İndoneziyanın maliyyə naziri Sri Mulyani İndravati bildirib.

O, Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının rəhbər orqanlarının yaz sessiyası zamanı qlobal iqtisadiyyatın gələcək inkişaf perspektivlərinin müzakirə edildiyi seminarda çıxış edib. Tədbirin aparıcısı V.Putinin payızda Bali adasında keçiriləcək G20 liderlərinin görüşündə iştirak edib-etməyəcəyini soruşub. Nazir cavab olaraq bildirib: "Biz dəvət etdik".

O vurğulayıb ki, dəvətnamələr əvvəlcədən göndərilir:

"G20-yə daxil olan bütün ölkələr artıq öz dəvətlərini alıblar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti