...

Hazırda Baydenin Ukraynaya səfəri planlaşdırılmır - Ağ Ev

Dünya xəbərləri Materials 3 May 2022 01:10 (UTC +04:00)
Hazırda Baydenin Ukraynaya səfəri planlaşdırılmır - Ağ Ev

Bakı. Trend:

ABŞ administrasiyası hazırda ölkə prezidenti Cozef Baydenin Ukraynaya səfəri ilə bağlı planlar üzərində işləmir.

Trend xəbər verir ki, bunu Ağ Evin mətbua katibi Cen Psaki deyib.

Ona ABŞ dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin və Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin artıq Ukrayna paytaxtına səfər etdiyini nəzərə alaraq, C.Baydenin Kiyevə səfərinin gözlənilməli olub-olmadığı barədə sual verilib. "Hazırda belə planlar reallaşdırma prosesində deyil. Təbii ki, vəziyyəti qiymətləndirməyə davam edəcəyik", - deyə C.Psaki cavab verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti