...

Bennett Lavrovun sözlərinə görə Putinin üzrxahlığını qəbul edib

Dünya xəbərləri Materials 5 May 2022 21:41 (UTC +04:00)
Bennett Lavrovun sözlərinə görə Putinin üzrxahlığını qəbul edib

Bakı. Trend:

İsrailin baş naziri Naftali Bennet telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putinin Rusiya xarici işlər naziri Sergey Lavrovun İsrail rəhbərliyinin narazılığına səbəb olan açıqlamalarına görə üzrxahlığını qəbul edib.

Trend xəbər verir ki, bu barədə İsrailin baş nazirinin mətbuat xidmətindən bildiriblər.

"Onlar Rusiyanın xarici işlər naziri S.Lavrovun açıqlamalarını müzakirə ediblər. Baş nazir Lavrovun sözlərinə görə prezident Putinin üzrxahlığını qəbul edib, yəhudi xalqı və Holokostun xatirəsi ilə bağlı mövqeyi aydınlaşdırdığına görə təşəkkür edib", - deyə açıqlamada bildirilir.

Bennett həmçinin Putindən "Mariupoldakı "Azovstal" zavodunun təxliyəsi üçün müxtəlif variantları nəzərdən keçirməyi" xahiş edib.

"Prezident Putin BMT və Qırmızı Xaçın humanitar dəhlizləri vasitəsilə mülki əhalinin, o cümlədən yaralıların təxliyyəsinə icazə verəcəyini vəd edib", - deyə açıqlamada deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti