...

İsrailin baş naziri Milli Qvardiya yaratmağı planlaşdırır

Dünya xəbərləri Materials 8 May 2022 22:25 (UTC +04:00)
İsrailin baş naziri Milli Qvardiya yaratmağı planlaşdırır

Bakı. Trend:

İsrail hazırda terrorla mübarizədə yeni mərhələnin başlanğıcındadır və milli qvardiya yaratmağı planlaşdırır.

Trend "TASS"a istinadla xəbər verir ki, bunu İsrailin baş naziri Naftali Bennet hökumətin həftəlik iclasında söyləyib.

Onun sözlərinə görə, İsrail hökumətinin ali missiyası ölkə vətəndaşlarının şəxsi təhlükəsizliyini bərpa etməkdir və bu istiqamətdə birinci addım milli qvardiyanın yaradılmasıdır.

Baş nazir həmçinin mayın 5-də Elad şəhərində odlu silah və balta ilə hücum zamanı üç israillini öldürən iki terrorçunu yaxalayan təhlükəsizlik qüvvələrinin hərəkətlərini alqışlayıb.

"Terrorçuları yaxalayacağıq dedik və bunu etdik. Bu səhər qüvvələrimiz bu qatilləri ələ keçirdi", - N. Bennet bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti