...

ABŞ-da supermarketdə atışma nəticəsində ölənlərin sayı artıb (Əlavə olunub)

Dünya xəbərləri Materials 15 May 2022 04:10 (UTC +04:00)
ABŞ-da supermarketdə atışma nəticəsində ölənlərin sayı artıb (Əlavə olunub)

Bakı. Trend:

ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində supermarketdə atışma nəticəsində 10 nəfər ölüb.

Trend xəbər verir ki, bu barədə şəhər polis departmentinin rəisi Cozef Qramaqliya bildirib.

Onun sözlərinə görə, nəticədə azə 10 nəfər ölüb üç nəfər yanaralıb. Məlumata görə, silahlı şəxsin üzərində zirehli jilet və taktiki dəbilqə olub.

Hadisəni törədən 18 yaşlı gənc daha sonra supermarketdən çıxaraq özünü öldürmək istədiyini bildirib, lakin polis onu təslim olmağa razı sala bilib.

Qramaqliya bildirib ki, silahlı şəxs əvvəlcə mağazanın qarşısında 4 nəfəri güllələyib, onlardan üçü vəfat edib.

00:18 (GMT +4)

ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində supermarketdə atışma olub.

Trend xəbər verir ki, bu barədə "BNO News" telekanalı məlumat yayıb.

İlkin məlumata görə, azı 9 nəfər güllə yarası alıb. İki yaralının mağazanın qarşısında öldüyü, digərlərinin şəhər xəstəxanasına aparıldığı bildirilir.

Hadisəni törətməkdə şübhəli bilinən bir nəfər polis tərəfindən saxlanılıb. Yerli polis orqanları sakinləri hadisə yerindən uzaq durmaları barədə xəbərdarlıq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti