Bakı. Trend:
Parisdə Qətərin Fransadakı səfirliyinin mühafizəçisi qətlə yetirilib.
Trend-in məlumatına görə, bu barədə Fransa polisi bildirib.
Qeyd olunur ki, mühafizəçi səfirlik binasının qarşısında mübahisə zamanı öldürülüb.
Polis şübhəli şəxsi saxlayıb. Hazırda insidentlə bağlı araşdırma aparılır.