...

Serial çəkilişində meşədə baş verən yanğın 50 milyon avro ziyan vurub

Dünya xəbərləri Materials 28 May 2022 13:30 (UTC +04:00)
Serial çəkilişində meşədə baş verən yanğın 50 milyon avro ziyan vurub
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Stromboli adasında serial çəkilişi zamanı baş vermiş meşə yanğını bölgəyə 50 milyon avro məbləğində ziyan vurub.

Trend-in məlumatına görə, bu barədə İtaliya mətbuatı yazır.

Qeyd olunur ki, yanğın zamanı 5 min kvadrat metr ərazi yanıb.

Yanğın bir neçə gün əvvəl mülki müdafiə və xilasetmə barədə sənədli serialın çəkilişləri zamanı baş verib.

Yanğınla əlaqədar yerli sakinlər yaşayış yerlərindən təxliyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti