Bakı. Trend:
Böyük Britaniyanın mədəniyyət naziri Nadin Dorris "UEFA"-nı şənbə günü Parisdə Çempionlar Liqasının finalı öncəsi azarkeşlərə qarşı Fransa polisinin gözyaşardıcı qazdan istifadə etməsini araşdırmağa çağırıb.
Trend xarici KİV-ə istinadla xəbər verir ki, nazir görüş öncəki baş verənlərin ciddi narahadlıq doğurduğunu vurğulayıb.
Bunun fonunda, Fransa İdman Nazirliyi bazar ertəsi final matçının təşkilatçılarının, o cümlədən "UEFA"-nın iştirakı ilə iclas keçirəcəyini açıqlayıb. Departamentin kommünikesinə əsasən, məqsəd şənbə günü baş verən hadisələrdən “dərs çıxarmaq”dır.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, şənbə günü iğtişaşlar zamanı 100-dən çox adam saxlanılıb. Nazir Gerald Darmanin daha əvvəl iğtişaşlarda britaniyalı azarkeşləri günahlandıraraq, minlərlə azarkeşin biletsiz olduğunu, lakin stadiona girməyə çalışdığını demişdi.