...

Ərdoğan və Putin Ukraynadakı vəziyyəti və Suriyada terrorçularla mübarizəni müzakirə ediblər

Dünya xəbərləri Materials 30 May 2022 18:57 (UTC +04:00)
Ərdoğan və Putin Ukraynadakı vəziyyəti və Suriyada terrorçularla mübarizəni müzakirə ediblər

Bakı. Trend:

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, iki ölkə başçıları ikitərəfli münasibətlərin vəziyyətini və perspektivlərini, həmçinin Rusiya və Ukrayna arasında müharibəyə xüsusi diqqət yetirməklə regional prosesləri müzakirə ediblər.

Türkiyə dövlətinin başçısı Rusiya Federasiyası ilə Ukrayna arasında sülhün zəmininin tezliklə bərpası, müharibənin mənfi nəticələrinin minimuma endirilməsi, tərəflər arasında etimad mühitinin yaradılması istiqamətində addımların atılmasının vacibliyini qeyd edib.

R.T.Ərdoğan Putinlə danışıq zamanı ölkəsinin Rusiya Federasiyası, Ukrayna və BMT-nin mümkün monitorinq mexanizminin formalaşdırılması ilə bağlı İstanbul toplantısında iştirak etməyə hazır olduğunu açıqlayıb.

Türkiyə prezidenti bu təşəbbüsün tərəflər tərəfindən dəstəklənəcəyinə ümid etdiyini bildirib.

R.T.Ərdoğan Suriyadakı vəziyyətə toxunaraq qeyd edib ki, 2019-cu ilin oktyabrında imzalanan razılaşmada Suriyanın Türkiyə ilə həmsərhəd rayonlarının terrorçulardan təmizlənməsi tələbi ayrıca bənd kimi daxil edilsə də, məsələ hələ də açıq qalır.

Türkiyə prezidenti xatırladıb ki, YPG terrorçuları (PKK-nın Suriya qanadı) Türkiyəyə və Suriyanın mülki əhalisinə hücumları davam etdirirlər.

Türkiyə dövlət başçısı rusiyalı həmkarının diqqətinə çatdırıb ki, Suriyada Türkiyə sərhədinin 30 km dərinliyində terrorçulardan təmizlənmiş zona yoxdur.

R.T.Ərdoğan bu ərazilərdə təhlükəsizliyin təmin edilməsinin vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti