...

ABŞ Kubaya uçuşlardakı məhdudiyyətləri aradan qaldırır

Dünya xəbərləri Materials 2 İyun 2022 03:03 (UTC +04:00)

Bakı. Trend:

ABŞ administrasiyası eks-prezident Donald Trampın dövründə Kubaya uçuşlara qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Trend xəbər verir ki, bu barədə ölkənin nəqliyyat nazirliyi məlumat yayıb.

Bildirilir ki, müvafiq qərara əsasən, ABŞ Nəqliyyat Nazirliyi Dövlət Departamentinin xahişi ilə Kuba ilə müəyyən növ hava əlaqəsini məhdudlaşdıran əvvəlki tədbirləri ləğv edilir.

Qeyd edək ki, 2019 və 2020-ci illərdə qəbul edilmiş məhdudiyyətlər ABŞ və Kuba arasında müntəzəm və çarter reyslərinə şamil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti