...

Türkiyədə tikilməkdə olan evin divarı uçub, ölənlər var

Dünya xəbərləri Materials 3 İyun 2022 07:39 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Qaziantep vilayətində şiddətli fırtına səbəbindən tikilməkdə olan evin divarı uçub.

Trend-in məlumatına görə, vilayətin Araban rayonunda tikilməkdə olan evin divarının uçması nəticəsində 2 uşaq həlak olub, 3 uşaq isə yaralanıb.

Məlumata əsasən, hadisə axşam saatlarında baş verib.

Yaralı olan 3 uşağın xəstəxanada müalicəsi davam edir. Hadisə ilə bağlı araşdırma başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti