Bakı. Trend:
Böyük Britaniyanın paytaxtı Londonun mərkəzindəki Trafalqar meydanında insanlar təxliyə olunub.
Trend-in məlumatına görə, bu barədə London polisi bildirib.
Qeyd olunur ki, meydan ərazisində şübhəli əşyanın tapılması təşvişə səbəb olub.
Polis sakinləri bir müddət həmin bölgəyə getməməyə çağırıb.
Meydanın ətrafı bağlanıb və axtarışlar aparılıb. Şahidlərin sözlərinə görə, həmin bölgədən partlayış səsi gəlib. Ethimal olunur ki, mütəxəssilər tapılan şübhəli əşyanın zərərsizləşdirilməsini həyata keçirib.