...

Bolqarıstan üçün ABŞ-dan maye qazla dolu ilk tanker təyinat məntəqəsinə çatıb

Dünya xəbərləri Materials 7 İyun 2022 03:50 (UTC +04:00)
Bolqarıstan üçün ABŞ-dan maye qazla dolu ilk tanker təyinat məntəqəsinə çatıb

Bakı. Trend:

Bolqarıstan üçün ABŞ-dan maye qazla dolu ilk tanker təyinat məntəqəsinə çatıb.

Trend xəbər verir ki, bu barədə yerli "Nova" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, hazırda tanker gözlənildiyi kimi Yunanıstandakı deyil, Türkiyədəki terminalda boşaldılır. Mavi yanacağın gəmidən boşaldılması təxminən 18 saat çəkəcək.

May ayında məlum olub ki, Bolqarıstan 2022-ci ilin iyun ayından etibarən ABŞ-dan mayeləşdirilmiş təbii qaz tədarükünü “Qazprom”dan aldığından daha ucuz qiyməə alacaq.

Bundan əvvəl Bolqarıstan baş nazirinin müavini Asen Vasilyev bildirmişdir ki, ABŞ-dan maye qazla dolu ilk tanker təyin olunmuş vaxtdan vaxtdan bir neçə gün əvvəl gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti